Kanada 2019-cu ildən sanksiya qoyduğu Türk PUA-larını almağı dəyərləndirir

Kanada 2019-cu ildən sanksiya qoyduğu Türk PUA-larını almağı dəyərləndirir

Yulduz Səlimov · Media ·

Kanada Türkiyədən pilotsuz uçuş aparatları almaq imkanını nəzərdən keçirir.

Redaksiya Middle East Eye-a istinadla xəbər verir ki, Ottava 2019-cu ildə Türkiyəyə tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, Ankara ilə müdafiə əməkdaşlığını yenidən genişləndirməyi qiymətləndirir.

Məlumata görə, mümkün əməkdaşlıq xüsusilə pilotsuz uçuş aparatları və müdafiə texnologiyalarını əhatə edə bilər. Türkiyə son illərdə Bayraktar TB2 və digər platformalar vasitəsilə PUA bazarında beynəlxalq diqqət çəkən ölkələrdən birinə çevrilib.

Kanada 2019-cu ildə Türkiyənin Suriyadakı hərbi əməliyyatlarından sonra bəzi hərbi ixrac məhdudiyyətləri tətbiq etmişdi. Daha sonra Qarabağ müharibəsi zamanı Türkiyə PUA-larında Kanada istehsalı optik sistemlərin istifadə olunması Ottava ilə Ankara arasında əlavə gərginlik yaratmışdı.

Hazırkı müzakirələr NATO ölkələri arasında müdafiə əməkdaşlığının yenidən formalaşdığı dövrə təsadüf edir. Ekspertlər hesab edirlər ki, Kanada üçün Türkiyə müdafiə sənayesi texnoloji və maliyyə baxımından cəlbedici alternativə çevrilə bilər.