Kan Festivalı: “Bu ölüm maşınını yalnız siz dayandıra bilərsiniz” - VİDEO

Kan Festivalı: “Bu ölüm maşınını yalnız siz dayandıra bilərsiniz” - VİDEO

Aytac Dəniz · Media ·

Rusiyalı rejissor Andrey Zvyagintsevin “Minotavr” filmi Kann Film Festivalının Qran-prisinə layiq görülüb.

Redaksiya xəbər verir ki, mükafatı qəbul edən Zvyagintsev çıxışında Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

Rejissor bildirib ki, Ukraynadakı müharibəni dayandıra biləcək yeganə şəxs məhz Rusiya prezidentidir.

“Bu ölüm maşınını dayandıra biləcək yeganə insan sizsiniz, cənab Rusiya Federasiyasının Prezidenti. Bu ölüm maşınını dayandırın. Bunu bütün dünya gözləyir”, — deyə Zvyagintsev bildirib.

“Minotavr” filmi Rusiyadakı korrupsiya, qorxu, müharibə və insanın sistem qarşısında seçimləri mövzusuna toxunur.

Zvyagintsevin çıxışı festivalda ən çox müzakirə olunan siyasi mesajlardan

biri olub.