İyulun sonu Dubayda sülh müqaviləsi imzalanacaq?

İyulun sonu Dubayda sülh müqaviləsi imzalanacaq?

Sevinc Kərimova · Siyasət ·

Paşinyanın Türkiyə səfəri zamanı Zəngəzur dəhlizi ilə bağlı razılıq əldə olundu.

Türkiyə mətbuatı Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri çərçivəsində Ermənistan, Türkiyə və Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı razılaşma əldə olunduğu iddia edir.

Redaksiya xəbər verir ki, əldə olunan ilkin razılığın detalları hələ açıqlanmasa da, tərəflərin nəqliyyat və iqtisadi kommunikasiyaların açılması istiqamətində ortaq mövqeyə gəldiyi bildirilib.

Bundan əlavə, türkiyəli jurnalist Abdulkadir Selvinin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan iyul ayının sonunda Dubayda bir araya gələcəklər. Görüşün dəhliz məsələsi və sülh prosesi çərçivəsində keçiriləcəyi ehtimal olunur.

Sevinc Kərimova