İtaliyada işçilər limanları bağlayıb, Fələstinin tanınmasını tələb etdilər

İtaliyada işçilər limanları bağlayıb, Fələstinin tanınmasını tələb etdilər

Sevinc Kərimova · Cəmiyyət ·

İtaliyanın müxtəlif şəhərlərində liman işçiləri hökumətə qarşı etiraz aksiyası keçirərək limanların fəaliyyətini dayandırıblar. Onlar İsraillə bütün iş birliyinin dərhal dayandırılmasını və Fələstin dövlətinin tanınmasını tələb ediblər.

Redaksiya yerli mediaya istinadən xəbər verir ki, liman işçilərinin həmkarlar ittifaqları yaydıqları bəyanatda İtaliya hökumətini beynəlxalq hüquqa hörmət etməyə, İsrailə hərbi və ticarət dəstəyini dayandırmağa çağırıblar.

Etirazlar nəticəsində bir sıra strateji limanlarda fəaliyyətin iflic olduğu bildirilir. Aksiyanın ölkədəki digər şəhərlərə də yayılacağı və hökumət üzərində təzyiqlərin artacağı gözlənilir.