İsrailin Sənaya endirdiyi hava zərbəsi nəticəsində Husi hərəkatının rəhbər heyətindən onlarla yüksək vəzifəli şəxs həlak olub.
Redaksiya xəbər verir ki, hücumda Husi hökumətinin baş naziri, iki baş nazir müavini, Baş nazirlik ofisinin baş katibi, hökumət katibi, xarici işlər naziri, informasiya naziri, ədliyyə naziri, rifah və əmək naziri, elektrik və energetika naziri, kənd təsərrüfatı naziri, idman naziri, daxili işlər nazirinin müavini, eləcə də hökumətin kəşfiyyat rəhbəri həyatını itirib.
Məlumata görə, həyata keçirilən sui-qəsd əməliyyatından sonra Husi hökumətində cəmi dörd nazir sağ qalıb.
Sevinc Kərimova
