İsrailin İranda gizli onlayn təsir kampaniyası ifşa olundu

İsrailin İranda gizli onlayn təsir kampaniyası ifşa olundu

Sevinc Kərimova · Siyasət ·

İsrailin İranı hədəf alan gizli onlayn təsir kampaniyası apardığı barədə məlumatlar yayılıb. Bildirilir ki, bu fəaliyyət çərçivəsində saxta hesablar və süni intellektlə yaradılmış məzmunlardan istifadə olunaraq Rza Pəhləvinin təbliği və monarxiyanın bərpasına çağırışlar gücləndirilib.

Redaksiya Haaretz-ə istinadla xəbər verir ki, kampaniya avatarlar, dərin saxtalaşdırma üslubunda videolar və koordinasiyalı heşteqlər vasitəsilə həyata keçirilib. Məqsəd İran daxilində guya geniş ictimai dəstəyin mövcud olduğu təəssüratını yaratmaq olub.

Məlumata görə, onlayn fəaliyyət İsrailin 2025-ci ildə həyata keçirdiyi hərbi addımlarla vaxt baxımından uzlaşdırılıb. Araşdırmalarda kampaniyanın planlı və mərkəzləşdirilmiş şəkildə idarə olunduğu, məzmunların isə kütləvi yayım üçün xüsusi olaraq hazırlandığı vurğulanır.