İsrail XİN rəhbəri Gideon Saar: Fələstinə kor dəstək terrora xidmət edir

İsrail XİN rəhbəri Gideon Saar: Fələstinə kor dəstək terrora xidmət edir

Sevinc Kərimova · Siyasət ·

İsrailin xarici işlər naziri Gideon Saar, belçikalı həmkarının paylaşımına sərt reaksiya verib. Saar bildirib ki, Fələstinlilərə “kor-koranə və qərəzli dəstək” yalnız terrorçuların işinə yarayır, dialoq və ya sülhə xidmət etmir.

Redaksiya xəbər verir ki, Saar həmçinin Fələstin dövlətinə verilən dəstəyin əslində “terror dövlətini” dəstəkləmək mənasına gəldiyini deyib və bunun İsrailə qarşı yeni hücumların zəmini olduğunu vurğulayıb.

Nazir əlavə edib ki, ABŞ-ın qərarına etiraz etməkdən öncə, Fələstin Administrasiyasının öz razılaşmalarını pozan addımlarını ciddi şəkildə nəzərdən keçirmək lazımdır, çünki məhz bu, gələcək dialoqun qarşısını alır.

Sevinc Kərimova