Belçika XİN rəhbəri: ABŞ-ın qərarı diplomatiyaya böyük zərbədir

Belçika XİN rəhbəri: ABŞ-ın qərarı diplomatiyaya böyük zərbədir

Sevinc Kərimova · Siyasət ·

Belçikanın xarici işlər naziri Maksim Prevo bildirib ki, ABŞ-ın BMT Baş Assambleyası ərəfəsində fələstinli nümayəndələrə viza verməməsi diplomatiyaya ciddi zərbədir.

Redaksiya xəbər verir ki, Prevo iki dövlətli həll üçün artan beynəlxalq dəstəyə baxmayaraq, Fələstinin səsinin məhdudlaşdırılmasının həm ədalətsiz, həm də sülh səylərinə zərər vurduğunu qeyd edib.

Nazir əlavə edib ki, BMT bütün xalqların səsinin eşidilə biləcəyi bir məkan olmalıdır.

Sevinc Kərimova