İsrail və İran arasında hərbi gərginlik fonunda hər iki tərəf əhalini mümkün hücumlara qarşı xəbərdar edən sərt bəyanatlarla çıxış edib. İsrailin müdafiə naziri İsrael Katz bu gecə Tehranın dövlət televiziyası və hərbi obyektlərin yerləşdiyi 3-cü dairəsində yaşayanlara dərhal evlərini tərk etməyi tövsiyə edib.
Redaksiya xəbər verir ki, İsrail tərəfi bu bölgənin mümkün hədəflərdən biri olduğunu bəyan edərək mülki itkilərin qarşısını almaq məqsədilə bu çağırışı edib.
Buna cavab olaraq, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Təl-Əviv sakinlərinə müraciət edərək belə deyib: “Əgər canınızı qorumaq istəyirsinizsə, bu şəhəri dərhal tərk edin və bir daha geri qayıtmayın.”
Hər iki ölkənin müvafiq açıqlamaları vəziyyətin nə qədər gərgin olduğunu göstərir. Beynəlxalq müşahidəçilər, regionda genişmiqyaslı qarşıdurmanın qaçılmaz olduğu təqdirdə, mülki əhalinin ciddi risk altında qalacağı barədə xəbərdarlıq edirlər.
Sevinc Kərimova
