İsrail və ABŞ İrandan uranın tam təhvil verilməsini tələb etdi

İsrail və ABŞ İrandan uranın tam təhvil verilməsini tələb etdi

Sevinc Kərimova · Siyasət ·

İsrail və ABŞ rəhbərliyi İranla bağlı yeni tələb irəli sürüb.

Redaksiya xəbər verir ki, “Israel Hayom” nəşrinin yaydığı məlumata görə, tərəflər Tehrandan ölkədə mövcud olan bütün zənginləşdirilmiş uran ehtiyatlarını dərhal təhvil verməsini tələb ediblər.

Bildirilib ki, əks halda, İran əleyhinə yenidən hərbi hücumların həyata keçiriləcəyi istisna olunmur.

Qeyd edək ki, son günlərdə İran və İsrail arasında əldə olunan atəşkəs fonunda Qərb dövlətləri və region ölkələri bölgədə sülh və sabitliyin bərpası üçün danışıqlar aparır. Lakin uran zənginləşdirmə proqramı gərginliyi yenidən artırır.

Sevinc Kərimova