İsrail hökuməti Qəzza ilə bağlı yaradılması planlaşdırılan Sülh Şurasında Türkiyənin iştirakına qarşı mövqe nümayiş etdirir. Rəsmi Təl-Əviv Türkiyənin bu mexanizmdə yer almasının Ankaranın bölgədə təsir imkanlarını artıra biləcəyindən narahatdır.
Redaksiya The Jerusalem Post-a istinadən istinadən xəbər verir ki, İsrail tərəfi ABŞ administrasiyasından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Sülh Şurasının tərkibindən kənarda saxlanılmasını xahiş edib. İsrailli rəsmilər Türkiyə hərbi qüvvələrinin və yenidənqurma prosesində iştirakının Qəzzada siyasi balansı dəyişə biləcəyini bildirirlər.
Məlumata görə, İsrail rəsmiləri Türkiyənin Qəzzada həm təhlükəsizlik, həm də bərpa proseslərində rol almasına açıq şəkildə etiraz edirlər. Bu mövqenin əsas səbəbi Ankaranın bölgədə uzunmüddətli təsir əldə etməsi ehtimalıdır.
Bununla yanaşı, ABŞ prezidenti Donald Tramp Türkiyə və Prezident Ərdoğan barədə müsbət fikirlər səsləndirib və ona güvəndiyini bəyan edib. Hazırda Sülh Şurasının yekun tərkibi ilə bağlı qərarın hələ verilmədiyi bildirilir.
