İsrail ordusu Qəzzanın cənubunda atəşkəs xəttini keçən iki "şübhəli"yə atəş açdığını bildirib.
Redaksiya The New York Times-a istinadla xəbər verir ki, İsrail ordusu şənbə günü Qəzzanın cənubunda atəşkəs xəttini keçən iki "şübhəli"yə atəş açdığını açıqlayıb. Hərbi sözçü, əsgərlərin xətti keçən şəxslərə atəş açdığını və onların yaralandığını bildirib. Ordunun açıqlamasında, hadisənin təfərrüatları və ya yaralıların vəziyyəti barədə əlavə məlumat verilməyib.
İsrail ordusu, həmçinin, hadisə ilə bağlı yayılan, onların uşaq olduğu iddia edilən xəbərlərə də münasibət bildirməyib. Bu barədə əlavə məlumat verilməməsi, hadisənin təfərrüatları ilə bağlı suallar yaradıb. Hadisə, Qəzzada gərginliyin artdığı bir vaxtda baş verib.
