İsrailin mərkəzli Kanal 13 telekanalının yaydığı məlumata görə, ölkənin baş naziri Benyamin Netanyahu ilə İsrail ordusunun baş qərargah rəisi Eyal Zamir arasında ciddi mübahisə yaşanıb.
Redaksiya xəbər verir ki, Eyal Zamir baş nazirə açıq şəkildə bildirib ki, ordunun Qəzza zolağında yerləşən 2 milyon fələstinlini tam nəzarətdə saxlamaq imkanları yoxdur.
Məlumata görə, sözügedən fikir ayrılığı hökumət və ordu rəhbərliyi arasında gərginliyi daha da artırıb və Qəzza ilə bağlı atılacaq növbəti addımlar müzakirə mövzusuna çevrilib.
Sevinc Kərimova
