İsrail ordusu daha iki girovun cəsədini Qırmızı Xaçdan təslim alıb

İsrail ordusu daha iki girovun cəsədini Qırmızı Xaçdan təslim alıb

Sevinc Kərimova · Hərbi ·

İsrail Müdafiə Qüvvələri (IDF) Qırmızı Xaç Komitəsindən iki qətlə yetirilmiş girovun cəsədini təhvil alıb.

Redaksiya xəbər verir ki, girovların qalıqları Abu Kabirdə yerləşən Milli Ədli-Tibbi Mərkəzinə aparılır. Baş nazirin ofisi hadisəni təsdiqləyərək bildirib ki, cəsədlərin şəxsiyyəti identifikasiya prosesindən sonra açıqlanacaq.

Hadisə barədə əlavə məlumatın yaxın saatlarda ictimaiyyətlə paylaşılacağı gözlənilir.