İsrail ordusu atəşkəs prosselərinin irəlilədiyi bir vaxtda Qəzza zolağının şimalında fələstinli döyüşçülərə qarşı hava zərbəsi endirdiyini açıqlayıb. Ordunun məlumatına görə, əməliyyat “radikal qrupların fəaliyyətini məhdudlaşdırmaq” məqsədilə həyata keçirilib.
Redaksiya xəbər verir ki, HƏMAS sözçüləri İsrailin Qəzza şəhərindəki yaşayış evinə endirdiyi hava zərbəsi nəticəsində 70-dən çox insanın həlak olduğunu və yaralandığını bildirib. Təşkilat hadisəni “mülki əhaliyə qarşı kütləvi qırğın” adlandırıb.
Qəzza şəhərinin səhiyyə mənbələri bildirir ki, dağıntılar altında hələ də itkin düşənlərin axtarışı davam edir. Hücum, İsrailin və HƏMAS-ın sülh razılaşmasını təsdiqləməyə hazırlaşdığı bir vaxtda baş verib.
