İsrail naziri “Barselona”dan mövqe tələb etdi

İsrail naziri “Barselona”dan mövqe tələb etdi

Nizami Salmanov · Media ·

İsrailin müdafiə naziri İsrael Kats “Barselona” futbolçusu Lamine Yamalın çempionluq mərasimi zamanı Fələstin bayrağı açmasına sərt reaksiya verib.

Redaksiya məlumat verir ki, Kats Yamalın bu addımını İsrailə qarşı “təxribat” və nifrəti qızışdırmaq cəhdi kimi qiymətləndirib. O bildirib ki, İsrail dövləti və yəhudi xalqına qarşı provokasiya qarşısında susmayacaq.

İsrailin müdafiə naziri “Barselona” kimi böyük və nüfuzlu klubun bu hadisədən məsafə saxlamalı olduğunu deyib. Kats klubun provokasiyaya və terrora dəstəyə yer olmadığını açıq şəkildə bildirməsini gözlədiyini vurğulayıb.

Hadisə “Barselona”nın çempionluq qeyd etmələri zamanı baş verib və qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirə yaradıb. Bir tərəf bunu Fələstin xalqına dəstək jesti kimi qiymətləndirir, digər tərəf isə addımı siyasi provokasiya sayır.

“Barselona” və Lamine Yamal tərəfindən məsələ ilə bağlı hələlik ayrıca rəsmi açıqlama verilməyib.