ABŞ-da fəaliyyət göstərən nüfuzlu yəhudi lobbiləri Fransa Prezidenti Emmanuel Makrona Fələstin dövlətini tanımaması üçün təzyiqlər göstərir.
Redaksiya xəbər verir ki, bu barədə məlumatı İsrail mərkəzli “i24” kanalı yayıb. Məlumata görə, lobbi qrupları bu istiqamətdə ABŞ Prezidenti Donald Tramp vasitəsilə diplomatik kanalları işə salıb və Fransa rəhbərliyinə birbaşa təsir göstərməyə çalışır.
Fransanın yaxın vaxtlarda Fələstin dövlətini rəsmən tanıya biləcəyi ilə bağlı beynəlxalq mediada yayılan xəbərlər, lobbilərin narahatlığına səbəb olub. İddialara görə, prosesin qarşısını almaq üçün Vaşinqton–Paris xəttində intensiv lobbi fəaliyyəti aparılır.
Qeyd edək ki, hazırda Avropanın bir neçə ölkəsi, o cümlədən İspaniya, Norveç və İrlandiya Fələstin dövlətini tanıdığını bəyan edib və bu məsələ qitədə diplomatik müzakirələrin əsas gündəm mövzularından biridir.
Sevinc Kərimova
