İsrail və İran arasında gərginlik səngimək bilmir, qarşılıqlı ittihamlar davam edir.
Redaksiya xəbər verir ki, İsrailin Kanal 12 telekanalına danışan yüksək vəzifəli israilli rəsmisi bildirib: “İran atəşkəsi pozdu və bunun bədəlini ödəyəcək.”
Digər tərəfdən, İran Dövlət Televiziyası yayılan iddiaları təkzib edib. Tehrandan verilən açıqlamada deyilir: “İranın İsrailə hücum etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.”
Qeyd edək ki, səhər saatlarında İsrailin Birşeba şəhərinin vurulduğu bildirilir. Zərbənin kim tərəfindən endirildiyi hələlik məlum deyil. Eyni zamanda ABŞ prezidenti Donald Trampın açıqladığı atəşkəsin saat 7:00-da qüvvəyə minməli olduğu, hücumun isə həmin vaxtdan öncə baş verdiyi açıqlanıb.
Sevinc Kərimova
