İsrail hücumunda öldürülən yüksək rütbəli İran rəsmiləri siyahısı açıqlandı

İsrail hücumunda öldürülən yüksək rütbəli İran rəsmiləri siyahısı açıqlandı

Sevinc Kərimova · Hərbi ·

İsrailin İrana qarşı davam edən hücumları nəticəsində bir sıra yüksək rütbəli İran hərbi və siyasi rəsmilərinin həlak olduğu bildirilir. Bu itkilər bölgədəki gərginliyi daha da artırır.

Redaksiya xəbər verir ki, İsrailin son hücumlarında həlak olduğu iddia edilən şəxslərin siyahısı aşağıdakı kimidir:

  • Baş Qərargah rəisi Məhəmməd Rza Bakıri
  • İnqilab Keşikçiləri Ordusunun komandanı Hüseyn Səlami
  • Qüds Qüvvələrinin komandanı İsmayıl Qani (həlak olması hələ təsdiqlənməyib)
  • Ayətullah Əli Xameneinin təhlükəsizlik siyasəti üzrə müşaviri Əli Şəmxani (təsdiqlənməyib)
  • Aviasiya və Kosmik Qüvvələrin komandanı Əmir Əli Hacızadə (təsdiqlənməyib)
  • İran Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Fəreydun Abbasi
  • “Xatəm əl-Ənbiya” qərargahının komandiri general-mayor Qulam Əli Raşid
  • İranın nüvə proqramında çalışan professor Məhəmməd Mehdi Təhranci

Yerli mənbələrin məlumatına görə, bu yüksək rütbəli rəsmilər eyni hücum zamanı hədəfə alınıb. Bildirilir ki, İranın dünən elan etdiyi hərbi təlim, əslində generalların iştirak etdiyi gizli toplantını ört-basdır etmək üçün planlaşdırılmış ola bilər. Əgər bütün komandanlar eyni məkanda öldürülübsə, bu hadisə İsrailin əvvəllər Hizbullah lideri Həsən Nəsrullaha qarşı həyata keçirdiyi hücumlara bənzəyir və ciddi bir kəşfiyyat zəifliyi ehtimalını gündəmə gətirir.

Sevinc Kərimova