İsrail hərbi qüvvələrinin beynəlxalq sularda Qəzzaya yollanan ilk partiyadakı gəmilərə — o cümlədən Simud, Morgana, Mango və digər humanitar yük daşıyan gəmilərə müdaxiləsi dünyanın bir çox ölkəsində kütləvi etirazlara səbəb olub.
Redaksiya xəbər verir ki, Ankarada ABŞ Səfirliyi qarşısında minlərlə insan İsrailin addımlarına qarşı toplaşaraq şüarlar səsləndirib. İstanbulda da izdihamlı etiraz aksiyası keçirilib, nümayişçilər İsrail Konsulluğu qarşısında bir araya gələrək Qəzzaya dəstək nümayiş etdiriblər.
Avropada da oxşar mənzərə yaşanıb. İspaniya və Barselona küçələrində kütləvi yürüşlər keçirilib. Berlin, Roma və Afinada insanlar Fələstinə həmrəylik nümayiş etdirib, İsrailin hərəkətlərinə etiraz sədaları ucaldıb.
Bu etirazlar beynəlxalq ictimaiyyətin Qəzzaya yardım aparan gəmilərə qarşı İsrailin sərt mövqeyinə qlobal reaksiyası kimi dəyərləndirilir.
