İsrail BƏƏ-yə “Dəmir Qübbə” göndərib

İsrail BƏƏ-yə “Dəmir Qübbə” göndərib

Yulduz Səlimov · Media ·

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İsrailin Birləşmiş Ərəb Əmirliklərinə “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemləri göndərdiyini açıqlayıb.

Redaksiya Fox News-a istinadla xəbər verir ki, Hakabi İsrailin yalnız batareyaları deyil, onların idarə olunmasına kömək etmək üçün şəxsi heyət də göndərdiyini bildirib.

ABŞ səfiri İsrail və BƏƏ arasında “fövqəladə münasibətlərin” formalaşdığını vurğulayıb. Onun sözlərinə görə, tərəflər təhlükəsizlik və regional müdafiə sahəsində əməkdaşlığı genişləndirirlər.

“Dəmir Qübbə” sistemi qısa mənzilli raket və pilotsuz uçuş aparatlarının vurulması üçün hazırlanıb və İsrailin əsas hava müdafiə vasitələrindən biri hesab olunur. Sistem son illərdə Yaxın Şərqdə artan raket və dron təhdidləri fonunda xüsusi əhəmiyyət qazanıb.

İsrail və BƏƏ münasibətləri 2020-ci ildə imzalanmış “Avraam sazişləri”ndən sonra sürətlə inkişaf edib. Son illərdə iki ölkə arasında təhlükəsizlik, texnologiya və enerji sahələrində əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.