İsrail Baş Qərargahı Eyal Zamir hökumətin təhlükəsizlik kabinetinə təqdim etdiyi məruzədə bildirib ki, ordu Qəzza zolağında hədəflərinə sadiqdir. O, hərbi əməliyyatların davam etdirildiyini vurğulayıb.
Redaksiya İsrailin Kanal 12 telekanalına istinadən xəbər verir ki, Zamir müharibənin gedişi ilə bağlı ətraflı məlumat verib.
Baş Qərargah rəisi həmçinin qeyd edib ki, Qəzza işğal olunsa belə, HƏMAS-ın tamamilə məğlub edilməsi mümkün olmayacaq.
