İranın Natanz nüvə təsisində radioaktiv sızıntı təsdiqləndi

İranın Natanz nüvə təsisində radioaktiv sızıntı təsdiqləndi

Sevinc Kərimova · Hərbi ·

İranın Natanz şəhərində yerləşən strateji nüvə obyektində ciddi insident baş verib. Yerli mənbələrin bildirdiyinə görə, obyektə edilən son hücum nəticəsində kompleksdə böyük ziyan dəyib və radiasiya sızması qeydə alınıb.

Redaksiya xəbər verir ki, İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kəmalvəndi məsələ ilə bağlı açıqlamasında bildirib: “Natanzdakı nüvə obyektinin yeraltı bölmələrində radioaktiv çirklənmə müəyyən edilib.” Hazırda hadisənin miqyası araşdırılır, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Hadisə regionda narahatlıqları artırıb və beynəlxalq ictimaiyyətin diqqətini bu obyektə yönəldib. Bu hadisənin, İsrailin İranın nüvə proqramına qarşı ehtimal edilən hücumları fonunda baş verməsi diqqət çəkir.

Sevinc Kərimova