İranın ABŞ qüvvələrinə hücum etdiyi bildirilir

İranın ABŞ qüvvələrinə hücum etdiyi bildirilir

Yulduz Səlimov · Media ·

İran ordusunun Hörmüz boğazında yerləşən ABŞ qüvvələrinə qarşı raket hücumu həyata keçirdiyi barədə məlumat yayılıb.

Redaksiya “Əl-Ərəbiyyə”yə istinadla xəbər verir ki, hücumun Hörmüz boğazı ətrafında yerləşən ABŞ hərbi qüvvələrini hədəf aldığı iddia olunur.

Məlumata görə, hadisə ilə bağlı rəsmi Tehran və Vaşinqton tərəfindən hələlik açıqlama verilməyib. Hücumun miqyası, mümkün itkilər və istifadə olunan raketlərlə bağlı detallı məlumat açıqlanmır.

Son aylarda Hörmüz boğazında İran və ABŞ arasında gərginliyin artdığı, bölgədə hərbi aktivliyin yüksəldiyi bildirilir.