"The New York Times" qəzetinin məlumatına görə, İran ABŞ-ın İsraillə birlikdə müharibəyə qoşulacağı təqdirdə Yaxın Şərqdəki ABŞ hərbi bazalarına qarşı raket və digər silahlarla zərbələr endirməyə hazırlaşır. Bu barədə kəşfiyyat hesabatları ilə tanış olan amerikalı rəsmilər bildiriblər.
Redaksiya xəbər verir ki, iddiaya görə, İran zərbələrin planlaşdırılmasını artıq tamamlayıb və silah sistemləri tam hazırlıq vəziyyətindədir. Söhbət xüsusilə uzun mənzilli raketlərdən və pilotsuz uçuş aparatlarından gedir.
Mənbələr ABŞ rəhbərliyinin bu riskləri ciddi şəkildə nəzərə aldığını və bölgədəki qüvvələrin fövqəladə rejimə keçirildiyini qeyd edirlər. ABŞ tərəfi hələlik rəsmi hərbi iştirak qərarı verməsə də, bölgədə vəziyyətin daha da gərginləşdiyi vurğulanır.
Sevinc Kərimova
