İran prezidenti Məsud Pezeşkian ABŞ-ın İranın üç nüvə obyektinə qarşı həyata keçirdiyi hücumla bağlı ilk dəfə rəsmi açıqlama verib. O bildirib ki, bu hücum, əslində, Vaşinqtonun İsrailin arxasındakı əsas güc olduğunu təsdiqləyir.
Redaksiya xəbər verir ki, prezidentin sözlərinə görə, hadisənin əvvəlində ABŞ öz rolunu gizlətməyə çalışsa da, İran Silahlı Qüvvələrinin çəkindirici cavabı və İsrailin zəifliyinin üzə çıxmasından sonra Vaşinqton açıq şəkildə önə çıxmağa məcbur olub. Pezeşkian, İranın bu səhər işğal altındakı torpaqlara endirdiyi cavab zərbəsini “Amerikanın aqressiv siyasətlərinə verilmiş bir reaksiya” adlandırıb və qeyd edib ki, İsrail rejimi təkbaşına bu hücumu gerçəkləşdirəcək nə gücə, nə də iradəyə sahibdir.
Pezeşkianın fikrincə, ABŞ və İsrailin bu hücumları bölgədə təhlükəsizliyi daha da risk altına atır və İran bunun cavabsız qalmasına icazə verməyəcək.
Sevinc Kərimova
