İran gecə saatlarında İsrailin şimal, mərkəz və cənub hissələrini raket zərbələri ilə hədəfə alıb. Hər 15–20 dəqiqədə təxminən 20 raket atılıb və onlardan ən azı 30-u şəhər mərkəzlərinə düşüb. Onların arasında Tel-Əviv, Lod və digər şəhərlər də var. Bəzi şəhərlərdə zərbələr yanğın çıxarıb. Bir hissədə Dəmir Qübbənin yanlışlıqla düşmən raketi əvəzinə İsraili vurduğu qeydə alınıb. İranın hücumları təxminən 4 dəqiqə ərzində həyata keçirilib və İsrailin ərazisinə daxil olub. Bu atılmış raketlərin taktik və ballistik olma ehtimalını artırır.
Redaksiya xəbər verir ki, ekspertlər bu zərbələrin təkcə hərbi deyil, həm də psixoloji müharibə məqsədi daşıdığını bildirir. Çünki hücumlar fasilələrlə həyata keçirildiyi üçün əhali dəfələrlə bunkerlərə girib çıxmaq məcburiyyətində qalıb. İranın Təsnim agentliyi bu əməliyyatların son günlərdə həyata keçirilən ən şiddətli və genişmiqyaslı hücum olduğunu açıqlayıb.
Təbriz və Tehran kimi şəhərlərdə partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemləri işə düşüb. İsrail Müdafiə Nazirliyi Tehranın bəzi hissələri üçün “təxliyə edin” xəbərdarlığı yayıb.
Bu hadisələrdən öncə ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutsa da, tərəflər bu barədə ictimaiyyətə heç bir açıqlama verməyiblər.
Sevinc Kərimova
