İran Silahlı Qüvvələri İsrailə qarşı yeni və daha intensiv hücum mərhələsinə keçdiyini elan edib. İran quru qoşunlarının komandanı Kiyomers Heydərinin sözlərinə görə, uzun mənzilli və yüksək dağıdıcı gücə malik yüzlərlə pilotsuz uçuş aparatı (PUA) artıq Tel-Əviv və Hayfa istiqamətində zərbələr endirib.
Redaksiya xəbər verir ki, komandan Heydəri bəyan edib: “Düşmən bilməlidir ki, quru qoşunlarımız başda olmaqla bütün silahlı qüvvələrimiz yeni və təkmilləşdirilmiş silahlarla hücum əməliyyatlarına başlayıb və qarşıdakı saatlarda bu hücumların intensivliyi daha da artacaq”.
Bununla yanaşı, ölkə daxilində kiberhücum təhlükəsinə qarşı tədbirlər gücləndirilib. İran Kiber Təhlükəsizlik Komandanlığı tərəfindən yayılan məlumata əsasən, bank kartı terminallarının fəaliyyəti məhdudlaşdırılıb, bütün ATM-lər bağlanıb. Həmçinin dövlət rəsmilərinə və mühafizəçilərə şəbəkəyə bağlı cihazlardan istifadəyə qadağa qoyulub.
Sevinc Kərimova
