İran Xarici İşlər Nazirliyi Hörmüz boğazından keçən gəmilərdən “tranzit rüsumu” alınmayacağını, bunun əvəzinə ekoloji vergi tətbiq ediləcəyini açıqlayıb.
Redaksiya xəbər verir ki, Tehran bu məsələdə “tranzit rüsumu” ifadəsinin düzgün olmadığını bildirib.
İran XİN-in açıqlamasına görə, İran və Oman Hörmüz boğazı, Fars körfəzi və Oman dənizinin ekoloji təhlükəsizliyini qorumaq üçün yeni protokol üzərində işləyir.
Məlumata görə, yeni sistem çərçivəsində gəmilərə dəniz mühitinin qorunması ilə bağlı xidmətlər göstəriləcək.
Tehran bildirir ki, məhz bu xidmətlərin maliyyələşdirilməsi üçün gəmilərdən ekoloji vergi toplanması nəzərdə tutulur.
Hörmüz boğazı qlobal enerji daşımaları üçün ən kritik dəniz keçidlərindən biri hesab olunur. Buna görə bölgədə tətbiq ediləcək istənilən yeni qayda beynəlxalq gəmiçilik və enerji bazarları tərəfindən diqqətlə izlənilir.
