İran etirazlara dəstək verən ölkələrin səfirlərini Xarici İşlər Nazirliyinə çağırdı

İran etirazlara dəstək verən ölkələrin səfirlərini Xarici İşlər Nazirliyinə çağırdı

Sona Osmanova · Siyasət ·

İranın Xarici İşlər Nazirliyi etirazlara dəstək verdiklərinə görə Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanın Tehrandakı səfirlərini nazirliyə dəvət edib.

Redaksiya xəbər verir ki, görüş zamanı etirazlar çərçivəsində baş verdiyi bildirilən zorakı hadisələrə dair video və digər vizual materiallar səfirlərə təqdim olunub.

İran tərəfi bu materialların birbaşa müvafiq ölkələrin xarici işlər nazirlərinə ötürülməsini tələb edib və etirazçılara dəstək ifadə edən rəsmi bəyanatların geri götürülməsini istəyib.

Rəsmi Tehran bu mövqeyini ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirərək diplomatik kanallarla etirazını bildirib.