İran BAEA ilə bütün əməkdaşlığı yenidən dayandırdı

İran BAEA ilə bütün əməkdaşlığı yenidən dayandırdı

Sevinc Kərimova · Siyasət ·

İran Prezidenti Məsud Pezeşkiyan ölkəsinin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (BAEA) ilə əməkdaşlığı tamamilə dayandırdığını açıqlayıb. O, verdiyi bəyanatda “Əzim, iradə və irəliləmə gücünə sahib olanların önü kəsilə bilməz” ifadəsini işlədib.

Redaksiya xəbər verir ki, bu addım tərəflər arasında gərginliyi daha da artırıb. Halbuki bir neçə gün əvvəl İran və BAEA arasında birgə əməkdaşlıq sənədi imzalanmışdı.

Tehran rəsmiləri bildiriblər ki, qərar ölkənin nüvə proqramı ətrafında artan təzyiqlərə cavab olaraq qəbul olunub. Bu addımın beynəlxalq danışıqlara və bölgədəki siyasi balanslara təsir edəcəyi gözlənilir.