İran ABŞ-ın cavabını araşdırır

İran ABŞ-ın cavabını araşdırır

Sevinc Kərimova · Media ·

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın Tehran tərəfindən təqdim edilən təkliflə bağlı mövqeyinin İrana çatdırıldığını bildirib. Onun sözlərinə görə, Vaşinqtonun cavabı Pakistan vasitəsilə Tehran rəhbərliyinə təqdim olunub.

Redaksiya Reuters və Aaj News-a istinadla xəbər verir ki, Bəqayi ABŞ-ın mövqeyinin hazırda İran tərəfindən araşdırıldığını deyib. O bildirib ki, müvafiq qurumlarda yekun müzakirələr başa çatdıqdan sonra Tehran öz rəsmi cavabını açıqlayacaq. 0

Məlumata görə, söhbət İranın ABŞ-a təqdim etdiyi son sülh təklifindən gedir. Təklifin əsas məqsədi regionda gərginliyin azaldılması, mövcud qarşıdurmanın dayandırılması və daha davamlı siyasi anlaşma üçün zəmin yaradılmasıdır. 1

Pakistan son dövrdə Tehran və Vaşinqton arasında vasitəçi kanallardan biri kimi çıxış edir. Diplomatik prosesin davam etməsinə baxmayaraq, tərəflər arasında əsas fikir ayrılıqları, xüsusilə sanksiyalar, təhlükəsizlik zəmanətləri və regional münaqişələrlə bağlı məsələlər üzrə qalmaqdadır. 2