ABŞ-da texnologiya nəhəngi və “X” sosial şəbəkəsinin sahibi İlon Mask paylaşdığı sorğuda yeni siyasi partiya ideyasını gündəmə gətirib. O, Amerika siyasətində mərkəzdə yer alan və əhalinin 80 faizini təşkil etdiyini düşündüyü kəsimin artıq təmsil olunmadığını bildirib.
Redaksiya xəbər verir ki, Maskın paylaşdığı sorğuda “Amerikada əslində ortada olan 80%-i təmsil edən yeni siyasi partiyanın yaradılmasının vaxtı çatmadımı?” sualı yer alıb. Sorğu yayımlandıqdan cəmi 22 dəqiqə sonra artıq 940 min istifadəçi iştirak edib və onların 82,4 faizi “Bəli” cavabını verib.

Bu nəticələr ABŞ-da siyasi status-kvonun dəyişməsi ilə bağlı ictimai istəklərin artdığını göstərir. Maskın təklifi, son günlərdə prezident Trampla yaşadığı mübahisə fonunda daha da çox diqqət çəkir.
Sevinc Kərimova
