İlon Mask çıxışı zamanı həm Ay missiyaları, həm də texnologiyaların cəmiyyətə təsiri ilə bağlı diqqətçəkən fikirlər səsləndirib. O, Neil Armstrongun adındakı maraqlı təsadüfdən danışaraq mövzunu zarafatla təqdim edib.
Redaksiya xəbər verir ki, Mask Ay səfərlərinin bir neçə dəfə həyata keçirildiyini, hətta müəyyən məqamlarda astronavtların orada qolf oynadıqlarını bildirib. O, “insanı yaxşılaşdırmaq əvəzinə pisləşdirən ixtira” sualına cavab olaraq qısa formatlı videoları göstərib və onların insanların düşünmə tərzinə mənfi təsir etdiyini vurğulayıb.
Mask həmçinin Tanrıya inamla bağlı sualı cavablandıraraq kainatın yaradıcılığının müəyyən bir mənbədən gəldiyini düşündüyünü deyib. Onun sözlərinə görə, insanlar bu qaynağa müxtəlif adlar versə də, yaradıcılığın mövcudluğunu inkar etmək mümkün deyil.
