ABŞ-da federal büdcə kəsiri və artan dövlət borcu ilə bağlı narahatlıqlar fonunda sosial mediada geniş miqyaslı etirazlar və çağırışlar yayılmaqdadır. İctimaiyyət arasında geniş şəkildə paylaşılır ki, ABŞ hər il təxminən 2 trilyon dollar borc verir və bu vəziyyət ölkənin iqtisadi təhlükəsizliyini ciddi şəkildə təhdid edir.
Redaksiya xəbər verir ki, bu vəziyyətə sərt reaksiya verənlərdən biri də tanınmış iş adamı İlon Mask olub. O, konstitusiyaya dəyişiklik edilməsini və əgər büdcə kəsiri ümumi daxili məhsulun (ÜDM) 3 faizini keçərsə, ABŞ Konqresi üzvlərinin yenidən seçilmək hüququnun ləğv edilməsini dəstəklədiyini açıqlayıb.

Maskın bu təklifi sosial şəbəkələrdə geniş dəstək qazanıb və minlərlə insan tərəfindən paylaşılır. Tərəfdarları bu cür radikal addımların Konqres üzvlərini məsuliyyətli büdcə siyasəti yürütməyə məcbur edəcəyini düşünür. Əleyhdarları isə bu yanaşmanın demokratik proseslərə zidd olduğunu iddia edir.
Hazırda ABŞ-da borc yükünün 36 trilyon dolları keçdiyi bildirilir. Ekspertlər bu istiqamətdə real və davamlı maliyyə islahatlarının vacibliyini vurğulayır. Maskın çıxışı bu tənqidlərin simvolik ifadəsinə çevrilərək siyasi gündəmə yeni təkan verib.
Sevinc Kərimova
