ABŞ mərkəzli süni intellekt şirkəti xAI yeni nəsil açıq bilik platforması “Grokipedia”nı ictimaiyyətə təqdim edib. Layihə, “Vikipediya”ya alternativ olaraq, daha dəqiq və süni intellekt tərəfindən dəstəklənən bilik bazası kimi təsvir olunur.
Redaksiya xəbər verir ki, şirkətin qurucusu İlon Mask “Grokipedia”nı “ictimaiyyət üçün istifadəyə açıq, məhdudiyyətsiz açıq mənbəli bilik anbarı” adlandırıb. Onun sözlərinə görə, bu platforma “Vikipediya”dan qat-qat daha geniş və etibarlı məlumat mənbəyi olacaq.
xAI nümayəndələri bildiriblər ki, “Grokipedia”nın əsas məqsədi bilik paylaşımını mərkəzləşdirmək və istifadəçilərə məhdudiyyətsiz məlumat əldə etmək imkanı yaratmaqdır. Platforma süni intellektlə idarə olunur və real vaxtda yenilənən məlumatlarla işləyir.
