İki il əvvəl bir addım atdım, bu gün onun dəyərini hiss etdim

İki il əvvəl bir addım atdım, bu gün onun dəyərini hiss etdim

Aytac Dəniz · Cəmiyyət ·

Bəzən insan aylarla, illərlə zəhmət çəkir, amma ən çox yadında qalan sadəcə bəzi anlar olur. Bu gün mənim üçün məhz o anlardan biri idi.

İki il əvvəl Rabitabank OJSC qapısından böyük həyəcan, arzular və məsuliyyət hissi ilə daxil olmuşdum. Bu iki ildə öyrəndim, böyüdüm, çətinliklərlə qarşılaşdım, uğurları birlikdə qeyd etdim və hər gün özümün daha yaxşı versiyası olmağa çalışdım.

Bu gün isə rəhbərliyin fəaliyyətimi qiymətləndirərək mənə təqdim etdiyi bu təşəkkürnamə bütün o zəhmətin ən dəyərli qarşılığı oldu. Ən gözəli isə bunun tamamilə gözlənilməz olması idi.

İnsan gördüyü işin dəyər verildiyini hiss edəndə daha böyük həvəslə işləyir, daha böyük hədəflər qurur.

Bu etimada, dəstəyə və mənə inanan hər kəsə ürəkdən təşəkkür edirəm.

Yolun hələ başlanğıcındayam. Qarşıda görüləcək çox iş, keçiləcək çox mərhələ var.

Ayna Rəsulova
“Rabitəbank” ASC İctimaiyyətlə əlaqələr üzrə meneceri