Perseid meteor yağışını bu il Bakı ərazisindən də müşahidə etmək mümkün olacaq.
Meteor yağışı avqustun 24-dək davam edəcək. Ən yüksək aktivliyin isə avqustun 13-nə təsadüf ediyi bildirilir. Mütəxəssislərin məlumatına görə, müşahidə üçün ən əlverişli vaxt Bakı vaxtı ilə səhər saat 06:00-dır.
Perseid meteor yağışı Yerin 109P/Swift-Tuttle kometinin buraxdığı toz hissəcikləri axınından keçməsi nəticəsində hər il baş verir.
