Yəməndə Husilərin Ali Siyasi Şurasının sədri Mehdi əl-Meşat silahlı qüvvələrin gücləndirilməsi istiqamətində fəaliyyətlərin davam edəcəyini bildirib.
Redaksiya xəbər verir ki, əl-Meşat açıqlamasında İsraildə fəaliyyət göstərən xarici şirkətlərə də müraciət edib. O, bu şirkətlərə vaxt itirmədən bölgəni tərk etməyi tövsiyə edib.
Əl-Meşat, regionda artan gərginlik fonunda Husi hərəkatının öz müdafiə imkanlarını daha da inkişaf etdirəcəyini vurğulayıb.
Sevinc Kərimova
