"Həzi Aslanov"dan "Dərnəgül"ə getmək 3 dəfə bahalaşacaq

"Həzi Aslanov"dan "Dərnəgül"ə getmək 3 dəfə bahalaşacaq

Aytac Dəniz · İqtisadiyyat ·

"Bakı Metropliteni" QSC-nin Qırmızı və Yaşıl xətlərinin ayrılması çərçivəsində metronun "28 may" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti təxminən 1 il müddətinə dayandırılacaq.

Bu da o deməkdir ki, hazırda "Həzi Aslanov" stansiyasından "Dərnəgül" stansiyasına 60 qəpiyə gedən vətəndaş avqustun 15-dən 60 qəpik verərək metro ilə "28 may"a gəlməli, ardınca 60 qəpik verərək avtobusla "Nizami"yə getməli, ordan isə yenə də 60 qəpik verərək metro ilə "Dərnəgül"ə hərəkət etməlidir.