Hersoq: Xomeyni hədəf deyil. Netanyahu: Xomeyni hədəfdir.

Hersoq: Xomeyni hədəf deyil. Netanyahu: Xomeyni hədəfdir.

Sevinc Kərimova · Siyasət ·

İsrail prezidenti İsaak Hersoq bəyan edib ki, İsrailin məqsədi nə İranın ali rəhbərini hədəf almaq, nə də bu ölkədə rejim dəyişikliyinə nail olmaqdır. Bununla belə, o əlavə edib ki, Əli Xomeyninin aradan qaldırılması İran xalqı üçün bir xeyir ola bilər.

Redaksiya xəbər verir ki, prezident Hersoq bu fikirləri mediaya verdiyi açıqlamada səsləndirib. O, İsrailin hədəflərinin məhdud olduğunu irəli sürərək, hərbi əməliyyatların konkret təhdidlərə yönəldiyini vurğulayıb.

Lakin İsrailin baş naziri Benyamin Netanyahu daha əvvəl verdiyi açıqlamalarda bu mövqedən tamamilə fərqli fikirlər səsləndirib. O, dəfələrlə açıq şəkildə İranın ali rəhbərliyini birbaşa hədəf aldıqlarını bəyan edib və rejimin dəyişməsinin zəruriliyini vurğulayıb.

Sevinc Kərimova