HƏMAS, vasitəçilər vasitəsilə ABŞ prezidenti Donald Trampın təqdim etdiyi Qəzza sülh planına rəsmi cavab verdiyini açıqlayıb. Hərəkat bütün israilli əsirlərin azad olunmasına və həlak olanların cəsədlərinin qaytarılmasına razılıq verib.
Redaksiya xəbər verir ki, HƏMAS həmçinin Qəzzənin idarəçiliyinin fələstinli texnokratlardan ibarət müstəqil komitəyə verilməsinə razı olduğunu bəyan edib. Bu addımın atılması ilə bölgədə müvəqqəti idarəçilik beynəlxalq nəzarət altında həyata keçirilə bilər.
Hərəkatın bəyanatında vurğulanıb: “Müharibənin dayandırılmasını və tam geri çəkilməni təmin edəcək şəkildə, Trampın təklifi əsasında bütün əsirlərin – istər sağ, istərsə də cəsədlərin – azad edilməsinə razılıq verdiyimizi elan edirik.”
