HƏMAS Qəzzada həlak olan israilli əsirlərin cəsədlərini Qırmızı Xaça təhvil verib

HƏMAS Qəzzada həlak olan israilli əsirlərin cəsədlərini Qırmızı Xaça təhvil verib

Sevinc Kərimova · Siyasət ·

Qətərin “Al Jazeera” kanalı xəbər verir ki, HƏMAS Qəzza zolağında həlak olan israilli əsirlərin cəsədlərini Qırmızı Xaç nümayəndələrinə təhvil verib.

Redaksiya bildirir ki, İsrailin “Yediot Ahronot” nəşrinin məlumatına görə, HƏMAS bu mərhələdə dörd cəsədi qaytarıb. İsrail Ordusu da dörd nəfərin cəsədinin alındığını təsdiqləyib.

Ümumilikdə HƏMAS 28 nəfərin cəsədini təhvil verməlidir. Hərəkat bəyan edib ki, bəzilərinin dəfn yerləri məlum olmadığından digər cəsədlərin tapılması üçün əlavə vaxt tələb olunur.