Hanzala adlı hacker qrupundan İsrailə sərt xəbərdarlıq

Hanzala adlı hacker qrupundan İsrailə sərt xəbərdarlıq

Fərid Əlizadə · Texnologiya ·

Hanzala adlı beynəlxalq tanınan haker qruplaşması İsrailə ünvanlanan sərt mesaj yayımlayıb. Qrup İsrailin gizli hərbi fəaliyyətlərindən xəbərdar olduqlarını bildirib və son dövrlərdə İrana qarşı həyata keçirilən kiber əməliyyatları izlədiklərini açıqlayıb.

Redaksiya xəbər verir ki, bəyanatda bu ifadələr yer alıb: “Həssas hərbi obyektlərinizə etdiyiniz gizli səfərlərdən xəbərdarıq. İrana qarşı kiber izləmə fəaliyyətləriniz sərhədi keçdi. Bu bir təhdid deyil — bu bir vəddir. Gözlədiyinizin və hesabladığınızın fövqündə bir gücü oyatdınız.

Qrup, İsrailin rəqəmsal hücumlarının “təsəvvürün fövqündə dərin və genişmiqyaslı nəticələrə səbəb olacağını” bildirərək, "sizə çatmışıq, sizi izləyirik və Dəmir Qübbənizin belə sizi qoruyamayacağı səviyyədə cavab verməyə hazırıq" sözləri ilə təhdidini tamamlayıb.

Fərid Əlizadə