Gümüş qiymətləri son 14 ilin ən yüksək səviyyəsinə çatdı

Gümüş qiymətləri son 14 ilin ən yüksək səviyyəsinə çatdı

Fərid Əlizadə · İqtisadiyyat ·

Bu günlərdə gümüşün qiyməti hər uns üçün 39,4 ABŞ dolları səviyyəsinə yüksəlib – bu, 2011-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

Redaksiya xəbər verir ki, 2025-ci ilin əvvəlindən bu yana gümüş təxminən 36 faiz bahalaşıb və bu göstərici ilə qızılı da geridə qoyub (qızılın artım faizi eyni dövrdə 31%).

Hazırda metal demək olar ki, 40 dollarlıq psixoloji həddə yaxınlaşıb.

Qiymət artımının əsas səbəbləri sırasında aşağıdakılar qeyd olunur:

  • ABŞ-ın baxır və Meksikadan idxala əlavə gömrük vergisi tətbiq etməyi planlaşdırması,
  • Spot bazarda təklif çatışmazlığı,
  • İnvestor tələbinin sürətlə artması.

Hazırda 1 uns qızıl almaq üçün 87 uns gümüş tələb olunur – bu, dekabr ayından bu yana ən güclü mübadilə nisbətidir.

Ümumilikdə qiymətli metallar bazarında ciddi canlanma müşahidə olunur. Təkcə gümüş deyil, platin və qızıl da əhəmiyyətli dərəcədə dəyər qazanıb. Analitiklər bu yüksəlişi qlobal inflyasiya narahatlıqları, iqtisadi qeyri-müəyyənlik və alternativ sərmayə axtarışları ilə əlaqələndirirlər.

Fərid Əlizadə