Google şirkətinin İsraillə imzaladığı "Project Nimbus" layihəsi ətrafında yaranan narahatlıqlar, şirkətin daxili sənədlərində əksini tapıb. Texnologiya nəhəngi, İsrailin bu bulud hesablama texnologiyasından insanlara zərər vermək üçün istifadə edə biləcəyindən narahatdır.
Redaksiya The Intercept mətbuatına istinadla xəbər verir ki, Google, İsraillə mübahisəli "Project Nimbus" müqaviləsini imzalamazdan əvvəl, ölkənin və onun hərbi qüvvələrinin güclü bulud hesablama texnologiyasından necə istifadə edəcəyinə nəzarət edə bilməyəcəyini bilirib. Daxili hesabatda, texnologiya nəhəngi Google, İsrailin proqram təminatından Fələstinlilərə zərər vermək üçün istifadə etməsinin qarşısını tamamilə ala bilməyəcəyi kimi, müqavilənin Google-u digər ölkələrin İsrailin texnologiyasından istifadəsi ilə bağlı cinayət istintaqlarına mane olmağa məcbur edə biləcəyi də qeyd olunur.
Hesabatda, Google-un İsrailin texnologiyalarından istifadəsi ilə bağlı məhdud nəzarət imkanları vurğulanır. Şirkətə, proqram təminatının necə istifadə ediləcəyinə dair "çox məhdud nəzarət" veriləcəkdi. Google-un, İsrail hökumətinin buluda köçürməyi seçdiyi xidmətlərin və məlumatların növünü məhdudlaşdırmasına icazə verilməyəcəkdi.
"Project Nimbus" müqaviləsi, Google-un İsrailin tələblərinə tabe olmasını tələb edir və bu, şirkətin beynəlxalq hüquq normalarını pozması ilə nəticələnə bilər. Müqavilənin şərtlərinə görə, Google-un İsrailin icazəsi olmadan hüquq-mühafizə orqanlarının sorğularına cavab verməsi qadağandır.
Nəticə etibarilə, Google-un İsraillə bağladığı müqavilə, şirkətin texnologiyasının potensial sui-istifadəsinə dair ciddi narahatlıqları ortaya qoyur. Bu, şirkətin nüfuzuna zərər vura bilər və beynəlxalq hüquqi məsuliyyət məsələlərini gündəmə gətirir.
Fərid Əlizadə
