Google-un Yaponiyadakı Gboard komandası düymələri istifadəçiyə doğru hərəkət edən yeni eksperimental vertikal klaviatura layihəsini təqdim edib. Gboard Kurukuru Version adlı qurğuda düymələr fırlanan lent mexanizmi üzərində yerləşdirilib və istifadəçi əllərini geniş hərəkət etdirmədən lazım olan düyməni qarşısında gözləyə bilir. Bu barədə Google məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, klaviaturada düymələr konveyer tipli hərəkət mexanizmi ilə istifadəçinin qarşısından keçir. Hər lentdə 29 düymə yerləşdirilib və böyük və kiçik hərflərin birbaşa daxil edilməsi mümkündür. Google layihəni xüsusilə bir əllə və ya bir barmaqla yazı üçün alternativ yanaşma kimi təqdim edir.
Google bildirir ki, bu məhsulun kommersiya satışına çıxarılması planlaşdırılmır. Bununla belə, şirkət oxşar qurğunu hazırlamaq istəyənlər üçün layihənin sxemlərini və yığım materiallarını açıq mənbə formatında yayımlayıb.
Gboard komandası artıq bir neçə ildir qeyri-adi fiziki klaviatura konseptləri təqdim edir. 2022-ci ildə bütün düymələri bir sıra üzərində yerləşdirən uzun klaviatura, 2024-cü ildə ikitərəfli model, 2025-ci ildə isə fırlanan telefon diskinə bənzər klaviatura nümayiş etdirilmişdi. Yeni model bu eksperimental seriyanın 2026-cı il versiyasıdır.
