Gemini Omni kontent yaratmanın sərhədlərini dəyişir - VİDEO

Gemini Omni kontent yaratmanın sərhədlərini dəyişir - VİDEO

Fərid Əlizadə · Media ·

Google-un Gemini Omni modeli rəqəmsal kontent istehsalında yeni mərhələ kimi təqdim olunur.

Redaksiya xəbər verir ki, Gemini Omni mətn, şəkil, video, səs və vizual effektlər daxil olmaqla müxtəlif formatlarda kontent yaratmaq və dəyişdirmək üçün hazırlanıb.

Məlumata görə, model görüntülərin stilini, detallarını və ümumi atmosferini dəyişə, mövcud materiallardan yeni vizual səhnələr yarada və videografik effektlər hazırlaya bilir.

Texnologiya dairələri Gemini Omni-ni kontent istehsalçıları, dizaynerlər, marketoloqlar və video yaradıcıları üçün güclü universal Sİ aləti kimi qiymətləndirir.

Bununla yanaşı, modelin realistik video və üz təsviri yaratmaq imkanları deepfake riskləri ilə bağlı müzakirələri də artırıb. Ekspertlər bildirirlər ki, belə texnologiyalarda mənbə işarələnməsi, icazə mexanizmləri və sui-istifadəyə qarşı qoruma vacib olacaq.

İlk mərhələdə Omni Flash versiyasının istifadəyə verilməsi gözlənilir. Daha sonra isə daha güclü Pro versiyanın təqdim olunacağı bildirilir.