Geely minlərlə avtomobili texniki nasazlıq səbəbindən geri çağırır

Geely minlərlə avtomobili texniki nasazlıq səbəbindən geri çağırır

Fərid Əlizadə · Media ·

Geely Motors şirkəti Rusiyada təxminən 40 min ədəd avtomobili geri çağırmağa hazırlaşır. Bu qərar avtomobillərdə aşkar edilən texniki nasazlıq səbəbindən qəbul edilib.

Redaksiya məlumat verir ki, geri çağırılacaq avtomobillərin dəqiq sayı 38900 ədəddir. Bu, Geely Atlas modeli avtomobillərinə aiddir və əsas səbəb parkinq köməkçisi qoruyucusunun dəyişdirilməsi zərurətidir.

Şirkətin mətbuat xidməti bu barədə rəsmi açıqlama yayıb. Qeyd olunur ki, nasazlıq avtomobillərin təhlükəsiz istifadəsinə təsir edə bilər, bu səbəbdən müvafiq tədbirlər görülür.