Fransanın xarici işlər naziri Jan-Noel Barro yaxın günlərdə iki iranlı diplomatın ölkədən çıxarılacağını açıqlayıb.
Redaksiya xəbər verir ki, Barro diplomatların Fransadan deportasiya ediləcəyini bildirib, lakin qərarın səbəbləri və həmin şəxslərin kimliyi barədə əlavə məlumat verməyib.
Nazirin açıqlamasına əsasən, qərarın icrası yaxın günlərdə həyata keçiriləcək. Fransa tərəfinin bununla bağlı İran hökumətinə rəsmi bildiriş təqdim edib-etmədiyi açıqlanmayıb.
Hadisə Paris və Tehran arasında diplomatik münasibətlərdə yeni gərginlik əlaməti kimi qiymətləndirilə bilər.
